BAKI, 1 noyabr — Sputnik. Noyabrın 1-i tarixdə hansı hadisələrlə yadda qalıb? Sputnik Azərbaycan bu gün baş vermiş ən mühüm hadisələri təqdim edir:
"Həyat" qəzetinin 1906-cı il sentyabr ayının 3-də çıxan sonuncu sayında belə bir elan vardı:
"Həyat qəzetəsi bu gündən etibarən tətil etdiyi üçün yerinə Füyuzat (həyat gərçəklərini duymaq, dərk etmək, onlardan ləzzət almaq) namı ilə ədəbi, fənni, ictimai, siyasi bir həftəlik məcmuə intişara başlayacaqdır". Beləliklə "Füyuzat" Əli bəy Hüseynzadənin baş redaktorluğu, maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyevin maddi vəsaiti hesabına 1906-cı ilin noyabr ayının 1-dən Bakıda nəşr olunmağa başladı.
1925-ci ilin noyabrın 1-də indiki İran ərazisində azərbaycanlı - türk mənşəli sülalənin - Qacarların hakimiyyətinə son qoyuldu və hakimiyyətə Rza xan Pəhləvi gəldi. Türk mənşəli Qacarlar sülaləsi XVIII-XX əsrlərdə Azərbaycan və indiki İran ərazisində hakimiyyətdə olublar.
1922-ci ilin nobarın 1-də Türkiyə Böyük Millət Məclisinin qərarı ilə 623 il tarixi olan Osmanlı İmperiyasının mövcudluğuna son qoyuldu və sonuncu Osmanlı sultanı VI Mehmed taxtdan endirildi. Osmanlı dövləti tarixdə Bizans İmperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır.
Avropa İttifaqı 27 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilatdır. Rəsmi olaraq 1 noyabr 1992-cü ildə Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın təməli 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Birliyinin (AKPB) yaradılması ilə qoyulub.
1998-ci ilin nobarın 1-də Avropa İnsan Hüquqları Məhkəməsi təsis edilib. Bu məhkəmə "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiya əsasında yaradılmış beynəlxalq məhkəmədir. İnzibati binası Fransanın Strasburq şəhərində yerləşir.
Avropa İnsan Hüquqları Məhkəməsi
© AFP 2024 / FREDERICK FLORIN
Bu gün milyonlarla fanatı olan İtaliyanın və dünyanın məşhur Yuventus futbol klubu yaranma günüdür. 1897-ci ildə lisey tələbələri tərəfindən qurulan klub, 1926-ci ildə, "FIAT"-ın da sahibi olan Agnelli ailəsinin nəzarətinə keçib. 1931-ci ildən başlayaraq 5 il üst-üstə çempionluq əldə edib. Əfsanəvi Şirea Qaetano, Dino Zoff, Mişel Platini, Antonio Kabrini, Marko Tardelli, Paolo Rossi, Boniek ve Covanni Trapattoni öndərliyində dünyanın görmüş olduğu ən müdhiş heyət quraraq Avropanın 3 böyük kubokunu qazanan ilk komanda olub.
"Yuventus"un futbolçusu Diyeqo Maradonanın qol sevinci
© AP Photo / PREN
Ağ Ev Amerika Birləşmiş Ştatları prezidentinin daimi iş və yaşayış yeridir, Vaşinqtonun mərkəzində yerləşir. 1791-ci ildə prezident iqamətgahının ən yaxşı layihəsi üçün müsabiqə elan olunub. Bu müsabiqədə irland əsilli Amerika arxitektoru Ceyms Hoben qalib gəlib və Ağ ev onun layihəsi əsasında tikilib. Gələcək prezident iqamətgahının bünövrəsi 1792-ci ilin oktyabrında qoyulub və kölələr tərəfindən bina 8 ilə tikilib. Ağ Ev1800-cü ilin noyabrın 1-də istifadəyə verilib.
Ağ Ev
© Anna Moneymaker / Getty Images / AFP