RUSİYA

Moskva Bakı və İrəvanla məsləhətləşmələrə başlayıb

Federasiya Şurasının vitse-spikeri bildirib ki, ötən gün liderlərin Soçidə keçirilən üçtərəfli görüşü fonunda Azərbaycan və Ermənistanla ikitərəfli parlamentlərarası komissiyaların mexanizmləri işə düşəcək.
Sputnik
BAKI, 1 noyabr — Sputnik. Federasiya Şurası respublika xalqları arasında etimadın möhkəmləndirilməsi məqsədilə parlamentlərarası əlaqələri aktivləşdirmək üçün Ermənistan və Azərbaycandan olan həmkarları ilə məsləhətləşmələr aparır. Bunu Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçov bildirib.
"Dünənki birgə açıqlamada Rusiya, Azərbaycan və Ermənistan liderləri digər məsələlərlə yanaşı, Rusiyanın yardımı ilə ictimaiyyət nümayəndələri, ekspertlər və dini liderlər arasında dialoqun davam etdirilməsi üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında müsbət atmosferin formalaşmasının vacibliyinə, həmçinin iki ölkə xalqları arasında etimadın möhkəmləndirilməsi məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin başlanmasına diqqət yetiriblər", - deyə Kosaçov "Telegram" kanalında yazıb.
Vitse-spikerin sözlərinə görə, "biz bu tapşırığı həyata keçirmək üçün Azərbaycan və Ermənistanla ikitərəfli parlamentlərarası komissiyaların mexanizmlərini işə salınması nəzərdə tuturuq".
Kosaçev qeyd edib ki, artıq Federasiya Şurası vasitəsilə müvafiq məsləhətləşmələr başlayıb.