BAKI, 1 noyabr — Sputnik. Noyabrın 1-də siyasi elitanın, kütləvi informasiya vasitələrinin, ekspert təşkilatlarının nümayəndələri, habelə Rusiya və MDB ölkələrinin aparıcı universitetlərinin ixtisaslaşmış fakültələrinin rəhbərləri MDB ölkələrinin "Dəyişən dünyada medianın inkişafı" Media Forumuna toplaşacaqlar.
Forumun iştirakçıları arasında Azərbaycandan olan iştirakçı, Odlar Yurdu Universitetinin "İqtisadiyyat və iqtisadi əlaqələr" kafedrasının müdiri, iqtisad elmləri doktoru Elşad Məmmədov da olacaq.
Noyabrın 2-də saat 13.30-da Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində o, media məkanında cərəyan edən proseslərlə bağlı fikirlərini bölüşəcək və iqtisadi mövzuların işıqlandırılmasında müasir medianın yeri və rolundan danışacaq.
Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində yayımlanacaq. https://www.facebook.com/SputnikAze/
Əlaqələr:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan-ın multimedia mətbuat mərkəzi Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə ünvanında yerləşir.