DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

KTMT liderləri bu tarixdə görüşəcək

Lukaşenko və Zasın görüşündə təşkilatın məsuliyyət zonasındakı vəziyyət, o cümlədən KTMT Kollektiv Təhlükəsizlik Şurasının oktyabrın 28-də keçirilmiş fövqəladə sessiyasının nəticələri müzakirə edilib.
Sputnik
BAKI, 1 noyabr — Sputnik. KTMT Kollektiv Təhlükəsizlik Şurası ölkə liderlərinin Ermənistana yardım məsələsini müzakirə edəcəyi iclası noyabrın 23-də İrəvanda keçiriləcək. Bu barədə təşkilatın məlumatında deyilir.
Qeyd edək ki, Belarus prezidenti KTMT-nin baş katibi ilə görüşüb. Tərəflər təşkilatın məsuliyyət zonasındakı vəziyyəti, o cümlədən KTMT Kollektiv Təhlükəsizlik Şurasının oktyabrın 28-də keçirilmiş fövqəladə sessiyasının nəticələrini müzakirə ediblər. Stanislav Zas bu barədə Aleksandr Lukaşenkoya məlumat verib. KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də İrəvanda keçirilməsi planlaşdırılan növbəti sessiyasına hazırlıq, eləcə də Kollektiv Təhlükəsizlik Şurasının bir sıra göstərişlərinin yerinə yetirilməsi haqqında məsələləri müzakirə ediblər", - təşkilatın "Telegram" kanalında deyilir.
Daha əvvəl bildirilmişdi ki, sessiya noyabrın sonunda keçiriləcək. Sessiyada Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunacaq.