MƏDƏNİYYƏT

"Hozu Cangüdən" filminin qala gecəsi baş tutub

Filmin ssenarisi Məcid Hüseynov, Elnur Hüseynov, Alim Cəfər və Faiq Ağamalıya məxsusdur.
Sputnik
BAKI, 1 noyabr — Sputnik. Oktyabrın 31-i "Park Cinema Flame Towers" kinoteatrında "Hozu Cangüdən" filminin qala gecəsi keçirilib. Gecədə filmin aktyor və yaradıcı heyəti jurnalistlərin qarşısına keçərək film haqqında açıqlama verib. Baş rollarını aktyor Məcid Hüseynov və aktrisa Kamilə Babayevanın paylaşdığı ekran əsərində Əməkdar artist Elza Seyidcahan da rol alıb.
Aktyor Məcid Hüseynov filmlə bağlı fikirlərini bizimlə bölüşüb: "Bu film hər kəs üçündür. Biz ümid edirik "Hozu Cangüdən" hər kəsdə yaxşı xatirələr və ancaq təbəssüm yaradacaq. Hər kəsi noyabrın 1-dən "Park Cinema"da "Hozu Cangüdən" filmini izləməyə dəvət edirik".
Tamaşaçılar filmi "Park Cinema" kinoteatrının "Park Bulvar", "Metro Park", "Alov Qüllələri", "Aygün Mall" və "Zagulba Mall" filiallarında izləyə bilərlər.
"Hozu Cangüdən" filminin qala gecəsi
Qeyd edək ki, hazırda "Park Cinema" kinoteatrlar şəbəkəsində hər gün saat 17:00-dək 50% endirim kampaniyası davam edir və "Hozu Cangüdən" filmini izləmək istəyənlər biletləri xüsusi endirimlə əldə edə bilərlər. Həmçinin hər həftənin çərşənbə axşamı günü "Park Cinema"da bütün filmlər cəmi 3 AZN-dən. Biletləri parkcinema.az saytından əldə edə bilərsiniz.