BAKI, 1 noyabr — Sputnik. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirir. Əməliyyat zamanı vəzifəli şəxslərin saxlanıldığı bildirilir. Nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov və nazir müavini Elnur Əliyev əməliyyatla bağlı başlanılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub.
Onu da qeyd edək ki, mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov 2020-ci ildə DTX-nın keçirdiyi əməliyyatda saxlanılıb və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.