AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairə səfərə gəlib

Dövlət başçısı Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində iştirak edəcək.
Sputnik
BAKI, 1 noyabr - Sputnik. Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzairə səfərə gedib. Azərtac xəbər verir ki, dövlət başçısı bu ölkəyə Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etmək üçün gedib.
Əlcəzair şəhərinin Huari Bumedyen Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini rəsmi şəxslər qarşıladılar.