RUSİYA

"Taxıl sazişinin müddətinin uzadılması çətin baş tutsun" - Peskov

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, nəqliyyatın hərəkətinə təminat olmadığından taxılın daşınması riskli və təhlükəlidir.
Sputnik
BAKI, 31 oktyabr — Sputnik. "Rusiya bu ərazilərdə (Qara dəniz nəzərdə tutulur - red) naviqasiya təhlükəsizliyinə təminat verilməsinin mümkünsüzlüyündən danışdığı bir şəraitdə, əlbəttə, belə bir sövdələşmənin müddətinin uzadılması çətin baş tutsun".
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə taxılın dəniz limanından daşınması üzrə müqavilənin uzadılması məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, nəqliyyatın hərəkətinə təminat olmadığından taxılın daşınması riskli və təhlükəlidir.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Qərbin taxıl müqaviləsinin icrasında onlara yalan danışdığını vurğulayaraq müqavilənin uzadılmayacağını bildirmişdi.
Qeyd edək ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub. Rusiya oktyabrın 29-da birtərəfli qaydada bu sazişdən imtina edib.