AZƏRBAYCAN XƏBƏRLƏRİ

Sentyabrda Azərbaycandan İstanbula səyahət edənlərin sayı açıqlandı

Məlumata görə, bu, ay ərzində İstanbula gəlmiş turistlərin təxminən 2%-i deməkdir, ötən ay İstanbula ümumilikdə 1,607 milyon turist səfər edib.
Sputnik
BAKI, 31 oktyabr — Sputnik. Bu ilin sentyabrında Azərbaycandan Türkiyənin İstanbul şəhərinə 31 140 nəfər səyahət edib.
"Report" xəbər verir ki, bu barədə yerli mədəniyyət və turizm idarəsi məlumat yayıb.
Məlumata görə, bu, ay ərzində İstanbula gəlmiş turistlərin təxminən 2%-i deməkdir. Ötən ay İstanbula ümumilikdə 1,607 milyon turist səfər edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 64% çoxdur.
Hesabat dövründə İstanbula ən çox Rusiyadan (170 230) turist gedib. Onları Almaniya (114 439), İran (110 539), ABŞ (77 039) və Böyük Britaniya (58 028) vətəndaşları izləyib.