RUSİYA

Rusiya XİN Ukraynanı təxribatları dayandırmağa çağırdı

Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub ki, Kiyev rejimi Zaporojye Atom Elektrik Stansiyasını geri qaytarmaq planlarından əl çəkmir və onun mühüm infrastrukturuna hücumlar həyata keçirir.
Sputnik
BAKI, 31 oktyabr — Sputnik. Kiyev Zaporojye AES-ni öz nəzarətinə qaytarmaq planlarından əl çəkmir, Moskva Zelenskini və onun Qərb sponsorlarını stansiyada qəza təhlükəsi yaradan təxribatları dayandırmağa çağırır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirib.
"Kiyev rejimi Zaporojye Atom Elektrik Stansiyasını geri qaytarmaq planlarından əl çəkmir və onun mühüm infrastrukturuna hücumlar həyata keçirir. Bununla da Avropanı texnogen fəlakət və minlərlə mülki insanın ölümü ilə hədələyirlər", - deyə Nazirliyin məlumatında qeyd olunub.
"Biz Volodimir Zelenski rejimini və onun Qərb sponsorlarını ZAES-ə qarşı ən ağır nəticələrə səbəb ola biləcək ehtiyatsız və hədələyici təxribatları dayandırmağa çağırırıq", - Rusiya XİN əlavə edib.
"Ukrayna artilleriyası Enerqodarı və Zaporojye AES-ə bitişik əraziləri gün ərzində üç dəfə atəşə tutub, 10 mərmi atılıb, düşmən bölmələri Rusiya artilleriyasının cavab atəşi ilə susdurulub, ZAES-də radiasiya vəziyyəti normaldır", - Rusiya Müdafiə Nazirliyindən bildirilib.
ZAES Dnepr çayının sol sahilində, Enerqodar yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır. Zaporojye AES mart ayından Rusiya hərbçilərinin nəzarətindədir.