SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran parlamentinin spikeri Azərbaycana gələcək

Məhəmməd Baqir Qalibafın Bakıya gəliş tarixini açıqlamayan İran XİN rəhbəri səfərin iki ölkənin əlaqələrinin inkişafında müsbət rol oynayacağını qeyd edib.
Sputnik
BAKI, 31 oktyabr — Sputnik. İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf Azərbaycana səfər edəcək.
Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında deyib.
Məhəmməd Baqir Qalibafın Bakıya gəliş tarixini açıqlamayan İran XİN rəhbəri səfərin iki ölkənin əlaqələrinin inkişafında müsbət rol oynayacağını qeyd edib.
Ceyhun Bayramov da İran parlamentinin spikerinin Azərbaycana səfərini müsbət qiymətləndirib.
Xatırladaq ki, ötən gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Nazirlər regionda son zamanlar yaranmış vəziyyət, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.