BAKI, 31 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin oktyabrın 27-də iştirak etdiyi "Valday" Diskussiya Klubunun iclasını müsbət qiymətləndirib.
Bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov bazar ertəsi jurnalistlərə bildirib.
"Bəli, o, görüşü müsbət qiymətləndirib", - deyə Peskov jurnalistlərin müvafiq sualını cavablandırarkən qeyd edib.
"Prezident "Valday" Klubunun işini yüksək qiymətləndirir. O, bu cür sessiyaları hadisələri aqressiv, qeyri-müəyyənlik, rusofobiya informasiya axını çərçivəsində qəbul edənlərlə deyil, Rusiya ilə maraqlanan, Rusiya üzrə ekspert olanlarla, baş verənlərin mahiyyətini anlamağa çalışıb səbəblərini, mümkün nəticələrini, inkişaf ssenarilərini və s. başa düşməyə çalışanlarla danışmaq üçün yaxşı fürsət kimi qəbul edir", - deyə Peskov vurğulayıb.
Daha əvvəl Peskov jurnalistlərə açıqlamasında Putinin "Valday" Diskussiya Klubunun iclasındakı çıxışının sadəcə proqram xarakterli deyil, həm də fəlsəfi və tətbiqi xarakter daşıdığını, Qərb ölkələrinin bunu mütləq eşidəcəklərini, lakin təhlil edəcəklərini etiraf etməyəcəklərini bildirib.