ELM

Marsda qədim okeanın izləri aşkarlanıb

Qədim okeanın konturları planetin yeni topoqrafik xəritələri sayəsində aşkar edilib.
Sputnik
BAKI, 31 oktyabr - Sputnik. Pensilvaniya Universitetinin alimləri Marsda qədim şimal okeanının izlərini qeydə alıblar.
Araşdırmanın nəticələri “Journal of Geophysical Research: Planets” jurnalında dərc edilib.
Qədim okeanın konturları planetin yeni topoqrafik xəritələri sayəsində aşkar edilib.
Müşahidələr göstərir ki, onun yaşı təxminən 3,5 milyard ildir.
2022-ci ilin oktyabrında Şimal-Qərb Universitetinin amerikalı mütəxəssisləri sübut ediblər ki, Marsda mikroorqanizmlər planetin səthi yaxınlığında əvvəllər düşünüldüyündən çox daha uzun müddət yaşaya bilər.
ELM
Mars səthində nəhəng burulğanlar - VİDEO