BAKI, 31 oktyabr — Sputnik. Bərdə sakini kafedə həmyerlilərini güllələyib.
Hadisə rayonun Bala Qacar kəndində yerləşən kafelərin birində qeydə alınıb.
Belə ki, kənd sakini Rəcəb Məmmədov aralarında yaranmış münaqişə zamanı həmkəndliləri - Sərxan Əsədova və kafenin sahibi Eldar Məmmədova odlu silahdan atəş açaraq xəsarət yetirib.
Daha sonra hər iki yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
R.Məmmədovun məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam edir. (Report)