RUSİYA

Ukrayna üzrə danışıqlar Vaşinqtonla aparılmalıdır - Peskov

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə müəyyən razılaşmalar əldə etmək mümkündür, lakin bu razılaşmaların heç bir dəyəri yoxdur.
Sputnik
BAKI, 30 oktyabr - Sputnik. "Ukrayna üzrə danışıqlar ilk növbədə Vaşinqtonla aparılmalıdır, çünki Kiyev “kənardan gələn sifarişlə” hərəkət edir”.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvada "Rossiya-1" kanalına müsahibəsində deyib.
Peskov bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə müəyyən razılaşmalar əldə etmək mümkündür, lakin bu razılaşmaların heç bir dəyəri yoxdur, çünki xaricdən tələb olunarsa, dərhal ləğv edilə bilər.