BAKI, 30 oktyabr - Sputnik. Milli İncəsənət Muzeyində “Azad edilmiş Şuşaya ilk qar yağdı” - bu adda fotosərgi açılıb. Sərgi çərçivəsində məşhur fotoqraf Mirnaib Həsənoğlunun nadir fotoşəkilləri təqdim olunub.
Milli İncəsənət Muzeyində “Azad edilmiş Şuşada ilk qar” fotosərgisi
© Sputnik / Kemale Aliyeva
Tədbirdə mədəniyyət və incəsənət xadimləri, fotoqraflar, jurnalistlər, eləcə də Şuşa şəhərinin sakinləri iştirak ediblər.
Milli İncəsənət Muzeyində “Azad edilmiş Şuşada ilk qar” fotosərgisi
© Sputnik / Kemale Aliyeva
Sərgini muzeyin icraçı direktoru Fərhad Cabbarov açaraq bir çox fotoşəkillərin ilk dəfə təqdim olunduğunu qeyd edib. Onun sözlərinə görə, onları 44 günlük Vətən Müharibəsi başa çatdıqdan sonra Həsənoğlu hazırlayıb. Onun sözlərinə görə, bu yaxınlarda Tarix Muzeyində Azərbaycanın mədəniyyət paytaxtına həsr olunmuş daha bir ekspozisiya açılacaq.
Milli İncəsənət Muzeyində “Azad edilmiş Şuşada ilk qar” fotosərgisi
© Sputnik / Kemale Aliyeva
Sərgidə ümumilikdə 50 fotoşəkil təqdim olunub - onlar Şuşanın müxtəlif yerlərində çəkilib.
Fotoqraf Qarabağ müharibəsində iştirak etməyib və yalnız döyüş əməliyyatları başa çatdıqdan sonra azad edilmiş şəhərə baş çəkib.
“Mən Şuşanı görmək arzusunda idim, qışda təsadüfən ora baş çəkdim və ilk qarın şəklini çəkdim. Bunlar təsvir olunmaz hisslərdir. Soyuq idi, onda hələ orada hardasa qalmaq üçün şərait yaradılmamışdı, amma mən bu soyuqda gəzməyə, dağıdılmış şəhərin, igid əsgərlərimizin şəkillərini çəkməyə hazır idim. İşğalçılar, demək olar ki, bütün Şuşanı, tarixi abidələri, evləri dağıdıblar. Göz yaşlarımla şəkillər çəkirdim. Allaha şükür hər şey bitdi. İndi Şuşa azaddır”, - deyə Həsənoğlu Sputnik Azərbaycan-a müsahibəsində etiraf edib.
Milli İncəsənət Muzeyində “Azad edilmiş Şuşada ilk qar” fotosərgisi
© Sputnik / Kemale Aliyeva
Bu qış o, hər gün daha da gözəlləşən və əvvəlki görkəminə qayıdan mədəniyyət paytaxtına bir daha səfər etməyi planlaşdırır. Fotoqraf əmindir ki, yeni kadrlar daha parlaq olacaq.
Milli İncəsənət Muzeyində “Azad edilmiş Şuşada ilk qar” fotosərgisi
© Sputnik / Kemale Aliyeva