İQTİSADİYYAT

Mikayıl Cabbarov Qətərin Baş naziri ilə nədən danışıb?

İqtisadiyyat naziri deyib ki, Azərbaycan və Qətər arasında energetika, nəqliyyat-logistika, qarşılıqlı investisiya qoyuluşu və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Sputnik
BAKI, 30 oktyabr - Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov Qətərin Baş naziri və daxili işlər naziri Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Al Tani ilə görüşüb.
Bu barədə azərbaycanlı nazir özünün Twitter səhifəsində bildirib.
“Qətərin Baş naziri və daxili işlər naziri Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Al Tani ilə ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrini vurğuladıq, həmçinin Azərbaycan və Qətər arasında energetika, nəqliyyat-logistika, qarşılıqlı investisiya qoyuluşu və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik”, - Mikayıl Cabbarov yazıb.