BAKI, 30 oktyabr - Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Ərəb dövlətləri liqasının sammitində iştirak edəcək.
Bu barədə Qətər KİV-i məlumat yayıb.
Tədbir 1-2 noyabrda Əlcəzairdə baş tutacaq.
Tədbirdə, həmçinin BMT baş katibi Antoniu Quterreş və Seneqal başçısı Maki Sallın iştirakı gözlənilir.
Bu barədə Qətər KİV-i məlumat yayıb.
Tədbir 1-2 noyabrda Əlcəzairdə baş tutacaq.
Tədbirdə, həmçinin BMT baş katibi Antoniu Quterreş və Seneqal başçısı Maki Sallın iştirakı gözlənilir.
Ərəb dövlətlərinin liderləri Fələstin ətrafındakı vəziyyəti, ərzaq və enerji təhlükəsizliyi məsələlərini, həmçinin Ukraynadakı vəziyyətin Yaxın Şərq regionuna təsirini müzakirə etməyi planlaşdırırlar.
Əlcəzair Prezidenti Əbdülməcid Tebbun oktyabrın sonunda Azərbaycan lideri İlham Əliyevi Ərəb Liqasının sammitinə fəxri qonaq kimi dəvət etmişdi. Müvafiq məktubu Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova təqdim edib.
Xatırladaq ki, Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Qətərin Baş naziri və daxili işlər naziri Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Al Tani ilə görüşüb.
Bu barədə azərbaycanlı nazir özünün Twitter səhifəsində bildirib.
“Qətərin Baş naziri və daxili işlər naziri Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Al Tani ilə ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrini vurğuladıq, həmçinin Azərbaycan və Qətər arasında energetika, nəqliyyat-logistika, qarşılıqlı investisiya qoyuluşu və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik”, - Mikayıl Cabbarov yazıb.