RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Lavrov: Danışıqlar yalnız bərabərhüquqlu şəkildə mümkündür

Bu yaxınlarda Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Putin və Bayden arasında danışıqlar üçün yeni platformanın olmasını təklif edib.
Sputnik
BAKI, 30 oktyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin yalnız bərabərhüquqlu şəkildə və Qərbdən real təkliflər gələrsə hələ də Ukrayna ilə bağlı danışıqlara hazırdır. Bunu Rusiya Federasiyasının xarici işlər naziri “Birinci Kanal”da deyib.
“Rusiyanın, o cümlədən ölkə prezidentinin Ukrayna ilə danışıqlara hazır olması dəyişməz olaraq qalır. Biz hər zaman Qərb tərəfdaşlarımızın gərginliyin azalması üçün hansı təkliflərinin olduğunu dinləməyə hazırıq. Ona görə də əgər bizə real təkliflərlə müraciət edilərsə, keçmişdə olduğu kimi, bizim üçün problem olmayacaq”, - deyə Lavrov bildirib.
Bu yaxınlarda Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Putin və Bayden arasında danışıqlar üçün yeni platformanın olmasını təklif edib.