DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fox News: Co Bayden ABŞ ştatlarının sayını qarışdırıb

"Bayden 54 ştatda olduğunu bildirib. Allahım, hamımıza kömək ol", - deyə amerikalı komediyaçı Terrence Uilyams qeyd edib.
Sputnik
BAKI, 30 oktyabr - Sputnik. ABŞ Prezidenti Co Bayden Pensilvaniyada çıxışı zamanı ştatların sayını təsadüfən qarışdırıb. O, 50 ştat əvəzinə ABŞ-da "54 ştat"ın olduğunu bildirib. Bu barədə "Fox News" telekanalı xəbər verib.
Amerika liderinin səhvi onun tənqidçiləri tərəfindən gülünclə qarşılanıb. Belə ki, Konqresin Nümayəndələr Palatasının üzvü Lauren Bobert sosial şəbəkələrdə bildirib ki, əgər "inkar, çaşqınlıq, yanlış fikir və fəlakət hallarını" saysaq, Bayden "tam dəqiq deyib".
"Bayden 54 ştatda olduğunu bildirib. Allahım, hamımıza kömək ol", - deyə öz növbəsində amerikalı komediyaçı Terrence Uilyams qeyd edib.
Bir yaxınlarda Co Baydenin İsrail Prezidenti İsxak Hersoq ilə danışıqlardan sonra Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı jurnalistləri təqlid etdiyi bildirilib. ABŞ rəhbəri tədbirə qatılan media əməkdaşlarının qışqırıqlarına gözlərini geniş açıb dodaqlarını səssizcə tərpətməyə başlayaraq pantomima hərəkətləri ilə cavab verib.