HADİSƏ

Biləsuvarda ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub

Qəza nəticəsində yaralanan şəxslər xəstəxanaya aparılıblar.
Sputnik
BAKI, 30 oktyabr - Sputnik. Biləsuvar rayonunda “BMW” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində iki nəfər ölüb, 10-dan çox şəxs yaralanıb.
Qəza nəticəsində “BMW” markalı minik avtomobilinin sürücüsü, 1968-ci il təvəllüdlü Sumqayıt şəhər sakini, Fətullayev Şahin Möhbü oğlu və sərnişini, 1961-ci il təvəllüdlü Bakı şəhər sakini, Mərdanov Bəymirzə Yəhya oğlu ölüb.
Yaralı şəxslər xəstəxanaya aparılıblar.
Hazırda onlara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.