FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Azərbaycan Koreyaya başsağlığı verdi: Ölən və xəsarət alanlar içində azərbaycanlı yoxdur

Azərbaycan XİN Seulda Hellouin bayramı şənlikləri zamanı şəhərin mərkəzindəki İtxevon küçəsində baş verən izdihamda ölənlərlə bağlı Koreyaya başsağlığı verib.
Sputnik
BAKI, 30 oktyabr - Sputnik. Seulda Hellouin bayramı şənlikləri zamanı şəhərin mərkəzindəki İtxevon küçəsində baş verən izdiham nəticəsində 19-u əcnəbi olmaqla 151 nəfər ölüb.
Hadisə qurbanları arasında Rusiya, İran, Çin, Norveç və Özbəkistan vətəndaşları da var. Bildirilib ki, 82 yaralıdan 19-un vəziyyəti ağır qiymətləndirlir.
1 / 10

Seulda Hellouin bayramı şənlikləri zamanı şəhərin mərkəzindəki İtxevon küçəsində baş verən izdihamdan sonra vəziyyət.

2 / 10

Seulda Hellouin bayramı şənlikləri zamanı şəhərin mərkəzindəki İtxevon küçəsində baş verən izdihamdan sonra vəziyyət.

3 / 10

Seulda Hellouin bayramı şənlikləri zamanı şəhərin mərkəzindəki İtxevon küçəsində baş verən izdihamdan sonra vəziyyət.

4 / 10

Seulda Hellouin bayramı şənlikləri zamanı şəhərin mərkəzindəki İtxevon küçəsində baş verən izdihamdan sonra vəziyyət.

5 / 10

Seulda Hellouin bayramı şənlikləri zamanı şəhərin mərkəzindəki İtxevon küçəsində baş verən izdihamdan sonra vəziyyət.

6 / 10

Seulda Hellouin bayramı şənlikləri zamanı şəhərin mərkəzindəki İtxevon küçəsində baş verən izdihamdan sonra vəziyyət.

7 / 10

Seulda Hellouin bayramı şənlikləri zamanı şəhərin mərkəzindəki İtxevon küçəsində baş verən izdihamdan sonra vəziyyət.

8 / 10

Seulda Hellouin bayramı şənlikləri zamanı şəhərin mərkəzindəki İtxevon küçəsində baş verən izdihamdan sonra vəziyyət.

9 / 10

Seulda Hellouin bayramı şənlikləri zamanı şəhərin mərkəzindəki İtxevon küçəsində baş verən izdihamdan sonra vəziyyət.

10 / 10

Seulda Hellouin bayramı şənlikləri zamanı şəhərin mərkəzindəki İtxevon küçəsində baş verən izdihamdan sonra vəziyyət.

270 nəfərin taleyi barədə isə məlumat yoxdur.
İzdiham adı açıqlanmayan məşhur pop müğənninin İtxevon bölgəsində olması xəbəri ilə baş verib. Bundan sonra bir çox insan ulduzun dincəldiyi hotelin yerləşdiyi dar xiyabana axışıb.
Polis Seulda Hellouin bayramı şənlikləri zamanı şəhərin mərkəzindəki İtxevon küçəsində baş verən izdihamda ölən 151 nəfərdən 140-nın şəxsiyyətini müəyyənləşdirib
Ölənlərin 97-si qadın və 54-ü kişidir ki, onların da əksəriyyəti 30 yaşdan aşağıdır. Koreya Respublikasının Prezidenti Yoon Seok Yeol ümummilli matəm elan edib.
Matəm noyabrın 5-dək davam edəcək.
Azərbaycandan başsağlığı
Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisə ilə əlaqədar Koreya Respublikasına başsağlığı verib.Başsağlığında deyilir:
“Koreya Respublikasının Seul şəhərində baş vermiş faciəvi izdiham zamanı insan tələfatı bizi dərindən kədərləndirir. Koreya hökumətinə və xalqına başsağlığı veririk. Yaralananların hamısına tezliklə sağalmalarını arzu edirik”.
Ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur
Azərbaycanın Cənubi Koreyadakı səfirliyinin yaydığı məlumata görə, 29 oktyabr 2022-ci ildə Seulun İtxevon bölgəsində baş vermiş hadisələr zamanı ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Səfirlikdən bildirilib ki, bununla bağlı məsələ nəzarətdə saxlanılır və Koreyanın aidiyyəti qurumları ilə əlaqələndirilir.
“Ölənlər və yaralananlar arasında vətəndaşlarımızın olması haqqında hazırda hər-hansı məlumat daxil olmamışdır. Bütün soydaşlarımızdan zəruri hallarda təcili olaraq Səfirliklə əlaqə saxlamaları xahiş olunur”, - səfirlik bildirib.