RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukrayna əsirliyindən 50 Rusiya əsgəri qaytarılıb - Rusiya Müdafiə Nazirliyi

Müdafiə nazirliyindən bildirilib ki, hazırda azadlığa buraxılanların hamısına lazımi tibbi və psixoloji yardım göstərilir.
Sputnik
BAKI, 29 oktyabr - Sputnik. Əlli nəfər Rusiya əsgəri Ukrayna əsirliyindən geri qaytarılıb. Bu barədə RİA Novosti Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər yayıb.
“Oktyabrın 29-da danışıqlar prosesi nəticəsində əsirlikdə ölüm təhlükəsi ilə üzləşmiş 50 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb”, - deyə nazirlikdən bildirilib.
Azadlığa buraxılan hərbçilərin Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının təyyarələri ilə Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Moskvaya gətiriləcəyini bildiriblər.
“Azadlığa buraxılanların hamısına lazımi tibbi və psixoloji yardım göstərilir”, - deyə Müdafiə Nazirliyindən bildirilib.