RUSİYA

Rusiya dünyanın diqqətini Qara və Baltik dənizlərindəki terror aktlarına cəlb edəcək - XİN

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi jurnalistlərin diqqətini Böyük Britaniyanın adıçəkilən su hövzələrində Rusiyaya qarşı terror aktlarında iştirakına yönəldib.
Sputnik
BAKI, 29 oktyabr - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya tərəfi dünya ictimaiyyətinin, o cümlədən BMT Təhlükəsizlik Şurasının diqqətini Qara və Baltik dənizlərində Rusiya Federasiyasına qarşı həyata keçirilən silsilə terror aktlarına, o cümlədən İngiltərənin onlara qarışmasına yönəldəcək.
“Rusiya tərəfi dünya ictimaiyyətinin diqqətini, o cümlədən BMT Təhlükəsizlik Şurasının platformasında Qara və Baltik dənizlərində Rusiya Federasiyasına qarşı törədilmiş silsilə terror aktlarına, o cümlədən Böyük Britaniyanın iştirakına cəlb etmək niyyətindədir”, - deyə o, jurnalistlərə bildirib.
Rusiya Müdafiə Nazirliyi Kiyev rejiminin Sevastopolda terror hücumunun hazırlanmasının Nikolayev vilayətinin Oçakovo şəhərində yerləşən britaniyalı mütəxəssislərin rəhbərliyi altında həyata keçirildiyini bildirib.
Bundan əlavə, Britaniya nümayəndələrinin “Şimal axını” kəmərlərinin işini pozmaq üçün terror aktlarının planlaşdırılması və həyata keçirilməsində iştirak etdiyi bildirilib.