CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qeyri-sabit hava şəraiti oktyabrın 30-dək davam edəcək - Milli Hidrometeorologiya Xidməti

Ölkə ərazisində qərb küləyinin əsəcəyi, arabir 15-20 metr/saniyəyədək güclənəcəyi bildirilir.
Sputnik
BAKI, 29 oktyabr - Sputnik. Oktyabrın 29-da gün ərzində Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda deyilir.
Bildirilir ki, oktyabrın 30-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
Şimal-qərb bölgəsinə güclü qar yağıb, arxiv şəkli
Bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi əsəcək, arabir 15-20 metr/saniyəyədək güclənəcək.