MƏDƏNİYYƏT

Musiqi naminə ömür: Bakıda Fikrət Əmirovun yubileyi qeyd olunub

Tanınmış musiqiçiləri və müğənniləri görkəmli Azərbaycan bəstəkarının ən yaxşı əsərlərini ifa ediblər.
Sputnik
BAKI, 29 oktyabr - Sputnik. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdindəki Opera Studiyasında görkəmli bəstəkar, SSRİ və Azərbaycanın xalq artisti Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş “Musiqi naminə ömür” adlı konsert keçirilib.
Tədbir Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Bakıdakı "Rus Evi"nin və BMA-nın dəstəyi ilə CapitalsART Teatrının direktoru, Bakının Bakı Müəllif Mahnı Klubunun vitse-prezidenti Vəfa Məmmədovanın təşkilatçılığı ilə baş tutub.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında “Musiqi naminə ömür” adlı konsert keçirilib.
Tədbirdə Azərbaycanın Əməkdar artistləri Cəmilə Kərimova, Aleksey Miltıx, Sahib Paşazadə, Nərgiz Əliyeva, beynəlxalq müsabiqə və festivallar laureatları Əminə Zülfüqarova, Nigar Həsənova, Mahir Tağızadə, Əzizə Ağazadə, Adil Axundov, Cəmalə Abdinzadə, Nailə Həsənliyeva, Səmirqanedmə Xələfova, həmçinin “Sabah” xorunun solistləri (bədii rəhbər və dirijor Dmitri Babayev) iştirak ediblər.
Onlar bəstəkarın müxtəlif illərdə yazdığı məşhur əsərlərini səsləndiriblər. Dahi bəstəkarın qızı Sevil Əmirova konsertdə fəxri qonaq qismində iştirak edib, onun təşkilatçılarına minnətdarlığını bildirib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında “Musiqi naminə ömür” adlı konsert keçirilib.
Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə Şuşalı məşhur musiqiçi - Məşədi Cəmil Kərbəlayi Əmirovun ailəsində anadan olub. Gəncə Musiqi Texnikumunun tar sinfində, sonra isə Bakı Musiqi Texnikumunun bəstəkarlıq sinfində təhsil alıb. 1939-cu ildə Bakı Konservatoriyasına daxil olmuş, Azərbaycan professional musiqi sənətinin banisi - Üzeyir Hacıbəylinin tələbəsi olub.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında “Musiqi naminə ömür” adlı konsert keçirilib.
Əmirov müxtəlif janrlarda çoxlu sayda əsərlər yaratmışdır. Onun simfoniyalarından ən məşhurları "Azərbaycan kapriççiosu", "Gülüstan - Bayatı-Şiraz", "Nəsimi əfsanəsi", orkestr ilə skripka və fortepiano üçün konsert və başqalarıdır. O, həmçinin “Səhər”, “Böyük dayaq”, “Arşın mal alan”, “Mən ki gözəl deyildim”, “Sevil”, “Dünya əfsanələri” və bir çox başqa filmlərin musiqisinin müəllifi olub.