DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Cənubi Koreyada "Hellouin" şənliyində 120 nəfər ölüb

Seulda oktyabrın 29-da keçirilən "Hellouin" şənliklərində təqribən 100 min nəfər iştirak edib.
Sputnik
BAKI, 29 oktyabr - Sputnik. Cənubi Koreyanın paytaxtı Seulda "Hellouin" şənliyindəki izdihamda ölənlərin sayı 120-yə yüksəlib. Azərtac yerli KİV-lərə istinadən xəbər verir ki, Seulun mərkəzi rayonlarından olan Yonqsanın əsas küçələrindən olan İtavonda baş vermiş hadisə yerində hazırda axtarış işləri aparılır. Hazırda xəstəxanalarda təxminən 100 nəfər var.
Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında təxminən 100 min nəfərin iştirak etdiyi "Hellouin" şənliklərində izdiham yaranıb.
Ölüm hallarına əsasən nəfəs çatışmazlığı səbəb olub. Hadisə barədə məlumat alan Cənubi Koreya Prezidenti Yun Sok Yol təcili ofisinə gəlib və müvafiq qurumların rəhbərləri ilə fövqəladə iclas keçirib.