BAKI, 28 oktyabr — Sputnik. Qarşıdan gələn onillik İkinci Dünya müharibəsinin bitməsindən sonra ən mühüm illər olacaq.
Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
O, "Valday" Beynəlxalq Diskussiya Klubunun "Hegemoniyadan sonrakı dünya: hamı üçün ədalət və təhlükəsizlik" mövzusunda keçirilən 19-cu iclasının plenar iclasında iştirak edib.
"Qərbin dünya məsələlərində bölünməz hökmranlığının tarixi dövrü başa çatmaq üzrədir. Birqütblü dünya artıq keçmişə çevrilir. Biz tarixi dönüş nöqtəsindəyik. Qarşıda bizi İkinci Dünya müharibəsinin bitməsindən sonra gələcək, yəqin ki, ən təhlükəli, gözlənilməz və eyni zamanda mühüm dövr gözləyir. Qərb bəşəriyyəti təkbaşına idarə etmək iqtidarında deyil, lakin buna çarəsiz şəkildə çalışır və dünya xalqlarının çoxu artıq buna dözmək istəmir", - deyə Putin fikrini bildirib.