BAKI, 28 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousovu qəbul edib.
Görüşdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurlu və dinamik inkişafı qeyd edildi, ticarət dövriyyəsinin artımı vurğulanıb.
Söhbət zamanı iqtisadi-ticari, nəqliyyat-logistika, Şimal-Cənub nəqliyyat dəhlizi, maliyyə-bank, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
Görüşdə Azərbaycan və Rusiya prezidentləri arasında əldə olunmuş razılaşmalar əsasında münasibətlərimizin dinamik inkişafından və ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, nəqliyyat-tranzit, energetika sahələrində əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edildi, bütün istiqamətlər üzrə irəliləyişin olduğu və ticarət dövriyyəsinin artdığı vurğulandı. Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı fikir mübadiləsi aparıldı.