BAKI, 28 oktyabr — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin əri Paul Pelosi evdə zorakı hücuma məruz qalıb.
Bu barədə Nensi Pelosinin ofisi məlumat yayıb.
"Hücum edən şəxs artıq həbsdədir və bu hücumun motivləri araşdırılır. Cənab Pelosi xəstəxanaya aparılıb, ona yüksək səviyyədə tibbi yardım göstərilir və tezliklə tam sağalması gözlənilir", - məlumatda qeyd olunub.
Evə hücum səhər saatlarında olub və bu zaman Nensi Pelosi evdə olmayıb.