HADİSƏ

Azərbaycanda polis ehtiyatsızlığın qurbanı oldu

Laçın Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İman Abbasov odlu silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb.
Sputnik
BAKI, 28 oktyabr — Sputnik. Azərbaycanda polis ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, bu gün Laçın Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İman Abbasov odlu silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb.
Ona hadisə yerində ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, cari ilin iyununda Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb. Polis əməkdaşı dərhal DİN-nin Hospitalına çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib.