BAKI, 27 oktyabr - Sputnik. Rusiya ukraynalıların harada "çirkli bomba" hazırladığını təxmini bilir.
Bu barədə açıqlamanı Rusiya Prezidenti Vladimir Putin"Valday" Beynəlxalq Diskussiya Klubunun bu gün keçirilən plenar iclasında verib.
Putin qeyd edib ki, Kiyev “çirkli bomba” yaratmaq üçün “Toçka-U”ya nüvə yanacağı yükləyə bilər:
“Kiyev “çirkli bomba”nın hazırlanmasının izlərini ört-basdır etmək üçün hər şeyi edir”.
Rusiya Prezidenti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin “çirkli bomba” xəbərlərini yoxlamaq üçün Ukraynaya səfərini dəstəklədiyini də söyləyib.
Putin müdafiə naziri Sergey Şoyquya Ukraynanın “çirkli bomba” ilə təxribatı barədə həmkarlarına məlumat verməyi şəxsən tapşırdığını bildirib.
Qeyd edək ki, “Valday” klubunun builki toplantı oktyabrın 24-dən 27-dək keçirilir və “Hegemonluqdan sonrakı dünya: hamı üçün ədalət və təhlükəsizlik” mövzusuna həsr olunub.