XV Avrasiya İqtisadi Forumu

Rusiya iqtisadiyyatının yeni şərtlərə uyğunlaşlması gözlənildiyindən sürətlə gedir - Nazir

Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov bildirib ki, hələ 2014-cü ildən başlayaraq ölkəmiz sanksiyalar altında nəinki yaşamağı, həm də inkişaf etməyi öyrənib.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. Rusiya iqtisadiyyatının yeni şərtlərə uyğunlaşması prosesi gözlənildiyindən daha sürətlə gedir, artıq bu ilin sonunda rüblük ifadədə ölkənin ÜDM-i artıma keçəcək. Bunu Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov bildirib.
"İqtisadiyyatda vəziyyət həqiqətən də sabitləşib, xarici iqtisadi əlaqələrin, ticarət əlaqələrinin aktiv şəkildə yenidən qurulması, iqtisadiyyatın struktur uyğunlaşması var. Bu gün əldə etdiyimiz rəqəmlərə görə, prosesin, ümumilikdə, aktiv şəkildə, hətta gözləniləndən də sürətlə davam etdiyini görürük", - deyə Reşetnikov Bakıda keçirilən Verona Avrasiya İqtisadi Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, hazırda hakimiyyətin əsas vəzifəsi iqtisadiyyatın artıma keçididir. "Gələn il daha bir müddət mənfi dinamika gözləyirik - bu, bu ilin birinci rübündə böyük baza ilə bağlıdır, ancaq bu ilin sonunda iqtisadiyyat rüblük olaraq artıma keçəcək", - deyə Reşetnikov əlavə edib.
"Hələ 2014-cü ildən başlayaraq ölkəmiz sanksiyalar altında nəinki yaşamağı, həm də inkişaf etməyi öyrənib. Həm daxili bazar, həm də xarici iqtisadi əlaqələr dəyişən şəraitə sürətlə uyğunlaşır", - deyə İqtisadi İnkişaf Nazirliyinin rəhbəri bildirib.
Reşetnikov vurğulayıb ki, Rusiya sanksiyalara cavab olaraq açıqlığa - bazar iqtisadiyyatına, malların, kapitalın mümkün qədər sərbəst hərəkətinə, inzibati maneələrin aradan qaldırılmasına arxalanıb.
Nazirliyin proqnozuna görə, Rusiya Federasiyasının ÜDM-i bu il 2,9%, 2023-cü ildə 0,8% azalacaq 2024-2025-ci illərdə isə hər il 2,6% artım gözlənilir.