BAKI, 27 oktyabr — Sputnik. Bəzi istehsalçılar qadağan olunan qənd məhsullarını yas mərasimlərində istifadə üçün verməyə çalışırlar.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli mətbuat konfransında məlumat verib.
O bildirib ki, qənddə tapılan maddə insan sağlamlığı üçün olduqca təhlükəlidir: "Həmin qənd məhsulları satışdan yığışdırılır.
Lakin vətəndaşlarmızın həssas yerini bilirlər və görürlər ki, yas mərasimlərinə nəzarət etmək çətindir. Bu səbəbdən də qadağan olunan qəndləri burada istifadə üçün verməyə çalışırlar", - deyə o qeyd edib.