RUSİYA

Putin "Valday" klubunun iclasında dünyaya vacib mesajlar verir

"Valday" klubunun yarandığı 2004-cü ildə indiyədək Rusiya Prezidenti hər il onun üzvləri ilə görüşür.
Sputnik
BAKI, 27 oktyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin Valday Diskussiya Klubunun illik plenar iclasında iştirak edir.
Putin iclasda çıxış edərək Rusiya və dünya üçün vacib olan açıqlamalar verib.
Çıxışdan sonra o, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
"valday" klubunun builki toplantısı oktyabrın 24-dən 27-dək keçirilir və “Hegemonluqdan sonrakı dünya: hamı üçün ədalət və təhlükəsizlik” mövzusuna həsr olunub.
Dövlət başçısının mətbuat katibi Dmitri Peskovun bir qədər əvvəl izah etdiyi kimi, Putinin geniş çıxışı gözlənilir, bundan sonra müzakirələr aparılacaq.
Kremlin sözçüsü qeyd edib ki, qarşıdan gələn tədbir “çox, çox vacib olacağını vəd edir”.