RUSİYA

Putin BMT-nin gələcəyi və Qərbin hegemoniya cəhdinə görə ödəyəcəyi bədəllər barədə

Putinin fikrincə, qarşıdan gələn onillik İkinci Dünya Müharibəsinin bitməsindən sonra ən mühüm onillik olacaq.
Sputnik
BAKI, 27 oktyabr - Sputnik. Rusiya Prezidneti Vladimir Putin Birləşmiş Millətlər Təşkilatının (BMT) və BMT Təhlükəsizlik Şurasının strukturunun dəyişdirilməsini nəzərdən keçirməyi təklif edib.
O, "Valday" Beynəlxalq Diskussiya Klubunun illik plenar iclasında çıxışı zamanı deyib ki, BMT və onun Təhlükəsizlik Şurası dünyanın müxtəlifliyini əks etdirməlidir.
“Bu baxımdan, BMT-nin, o cümlədən onun Təhlükəsizlik Şurasının strukturunun daha çox dünya regionlarının müxtəlifliyini əks etdirdiyini nəzərə almağa dəyər. Sabah dünyada Asiya, Afrika, Latın Amerikasından daha çox şey asılı olacaq, nəinki bu gün qəbul edilənlər. Onların təsirinin bu qədər artması, şübhəsiz ki, müsbətdir”, - Rusiya prezidenti bildirib.
Onun fikrincə, çoxqütblü dünyada uzunmüddətli qarşılıqlı fəaliyyət hamının rəyi nəzərə alınmaqla və əsas götürülməklə, hər bir cəmiyyətin və xalqın kimliyinə diqqətlə yanaşılmaqla inkişaf etməlidir.
Putinin fikrincə, qarşıdan gələn onillik İkinci Dünya Müharibəsinin bitməsindən sonra ən mühüm onillik olacaq.
"İndi... Qərbin dünya məsələlərində bölünməz hökmranlığının tarixi dövrü başa çatır. Birqütblü dünya keçmişə çevrilir. Biz tarixi dönüş nöqtəsindəyik. Qarşıda, ehtimal ki, İkinci Dünya Müharibəsinin bitməsindən sonra ən təhlükəli, gözlənilməz və eyni zamanda mühüm onillikdir. Qərb bəşəriyyəti təkbaşına idarə etmək iqtidarında deyil, buna çarəsiz şəkildə çalışır və dünya xalqlarının çoxu artıq buna dözmək istəmir", - Putin deyib.
Onun fikrincə, Qərb hegemonluğu saxlamaq cəhdlərinə görə daha çox bədəl ödəyəcək. Qərb məcburetmə siyasəti ilə özünü nüfuzdan salıb.
“Əminəm ki, dünya xalqları özünü nüfuzdan salan məcburiyyət siyasətinə göz yummayacaq və hər dəfə Qərb öz hegemonluğunu saxlamaq cəhdlərinin əvəzini ödəməli olacaq. Hər dəfə də daha çox bədəl ödəyəcək”, - RF başçısı əlavə edib.
RUSİYA
Putin ABŞ-ı siyasi qətllər törətməkdə günahlandırdı