RUSİYA

Putin ABŞ-ı siyasi qətllər törətməkdə günahlandırdı

Rusiya lideri ABŞ-ın iranlı generalı öldürdüyü kimi, digər dövlətlərin rəsmilərinin də qətllərini təşkil etməsini qəbuledilməz sayır.
Sputnik
BAKI, 27 oktyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun bu gün keçirilən plenar iclasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Əl-Qüds xüsusi təyinatlı qüvvələrinin komandiri general Qasım Süleymaninin öldürülməsini xatırladaraq ABŞ-ı siyasi qətllər törətməyə görə qınayıb.
O deyib ki, 2020-ci ildə SEPAH Əl-Qüds xüsusi təyinatlı qüvvələrinin komandiri general Qasım Süleymaninin aradan götürülməsində olduğu kimi, ABŞ tərəfindən digər dövlətlərin rəsmilərinin də qətllərinin təşkil edilməsini qəbuledilməz sayır.
"Onlar heç nədən utanmırlar. Süleymanini aparıb öldürdülər, iranlı generalı. Süleymani ilə istədiyin kimi davrana bilərsən, amma axı bu, başqa dövlətin rəsmisidir. Onu üçüncü ölkənin ərazisində öldürdülər və dedilər:" Bəli, biz öldürdük". Bu, ümumiyyətlə nə deməkdir? Biz harada yaşayırıq?", - Putin deyib.
Xatırladaq ki, general Süleymani SEPAH-ın “Əl-Qüds” xüsusi təyinatlılarının komandanı olub. O, 2020-ci ilin yanvarında Bağdad yaxınlığında ABŞ hərbi karvanının hədəf aldığı raket hücumu nəticəsində həlak olub. Əməliyyatı ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyası həyata keçirib.
RUSİYA
Putin: Heç kim Rusiyaya cəmiyyəti necə qurmağı diktə edə bilməz