Avrasiya İqtisadi birliyində böyük təcrübəyə malikik. Ticarət dövriyyəmiz Covid 19 pandemiyasından da əvvəlki səviyyəyə çatıb. Bunu Bakıda XV Avrasiya İqtisadi Forumunda Rusiyanın iqtisadiyyat naziri Maksim Reşetnikov deyib.
Onun sözlərinə görə, birgə layihələr, investisiyalarla bağlı təşəbbüslər var:
"Eyni zamanda nəqliyyat-logistika sahəsində də böyük irəliləyiş var. Gömrük orqanları arasında etibarın və əməkdaşlığın artırılmasında böyük irəliləyiş var. Azad ticarət zonalarının yaradılması ilə bağlı təşəbbüslərimiz var. Gələcəkdə Monqolustan və Birləşmiş Ərəb Əmirlikləri ilə belə layihələrin həyata keçirilməsi planlaşdırılır. Rusiya bu məsələdə dialoqa açıq olduğunu bəyan edib.