RUSİYA

MDB-də Valentina Matviyenkoya yenidən etimad göstərildi

Onun namizədliyi MDB PA-nın Səmərqənddə keçirilən iclasında yekdilliklə dəstəklənib.
Sputnik
BAKI, 27 oktyabr - Sputnik. Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko yenidən Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleya Şurasının sədri seçilib.
Onun namizədliyi MDB PA-nın Səmərqənddə keçirilən iclasında yekdilliklə dəstəklənib.
Valentina Matviyenko 7 aprel 1949-cu ildə Ukrayna SSR-də anadan olub.
O, 1967-ci ildə Leninqrada (indiki Snakt-Peterburqa) köçüb. 1972-ci ildə Leninqrad Kimya-Əczaçılıq İnstitutunu bitirib.
5 oktyabr 2003-cü ildən 2011-ci ilədək Sankt-Peterburq şəhərinin qubernatoru olub. 21 sentyabr 2011-ci ildə Rusiya Federasiya Şurasının spikeri seçilib.