SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

KTMT-nin iclası Azərbaycan-Ermənistan-Rusiya sammitindən əvvəl keçiriləcək - Peskov

KTMT-nin iclası Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin sammiti ərəfəsində və onun hazırlanması çərçivəsində keçiriləcək.
Sputnik
BAKI, 27 oktyabr - Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclası Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan üçtərəfli sammiti ərəfəsində keçiriləcək. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O qeyd edib ki, KTMT-nin iclası Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin sammiti ərəfəsində və ona hazırlıq çərçivəsində keçiriləcək.
"Bəli. O cümlədən, qarşıdan gələn sammitə hazırlıq çərçivəsində", - o, jurnalistlərə bildirib.
KTMT sammitinin İrəvanın təşəbbüsü ilə keçirildiyini soruşduqda Peskov xatırladıb ki, hazırda təşkilata Ermənistan rəhbərlik edir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin görüşü zamanı tərəflər “üçtərəfli və ikitərəfli məsələlərin bütün spektrini” müzakirə edəcəklər.