MƏDƏNİYYƏT

Gürcü teatrı Akademik Musiqili Teatrın qonağı olacaq

Səhnə əsərinin xoreoqrafı Tinatin Tsuladze, musiqi tərtibatçısı Zura Qaqloşvili, video mühəndisi David Dvalişvili, səs operatoru Lia Şilakadze, işıq operatorları Tamaz Dudaşvili, Gela Mumladze, rejissor assistenti Nino Jorjolianidir.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. 28 və 29 noyabr tarixlərində Gürcüstanın Kote Marcanişvili adına Tbilisi Akademik Teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olacaq. Gürcü teatrının kollektivi dünya şöhrətli yazıçı Lev Tolstoyun "Kreyser Sonatası" əsəri əsasında eyniadlı tamaşanı nümayiş etdirəcək.
Akademik Musiqili teatrdan verilən xəbərə görə, tamaşa 25-30 noyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və "Teatro.az" sənət portalının "Şuşa ili"nə həsr etdiyi "4.4" Qısa Tamaşalar Festivalı çərçivəsində təqdim olunacaq.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissorları Levan Tsuladze və Temo Kupravadır.
Səhnə əsərinin xoreoqrafı Tinatin Tsuladze, musiqi tərtibatçısı Zura Qaqloşvili, video mühəndisi David Dvalişvili, səs operatoru Lia Şilakadze, işıq operatorları Tamaz Dudaşvili, Gela Mumladze, rejissor assistenti Nino Jorjolianidir. 2 il öncə hazırlanan bu tamaşa maraqlı və qeyri-adi süjet xəttinə malikdir.
"Kreyser Sonatası" tamaşasına baxmaq istəyən teatrsevərlər biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, "ASAN Xidmət" mərkəzlərindən, eləcə də "iticket.az" saytından əldə edə bilərlər.