Mətbuat mərkəzi

Eldar şamını necə xilas etmək olar

Nəbatat bağının "Nadir və nəsli kəsilməkdə olan bitki növləri" şöbəsinin rəisi Bakıda və şəhərətrafı kəndlərdə Eldar şamı ağaclarının hazırkı vəziyyətindən danışacaq.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. Son illər Bakıda və şəhərətrafı kəndlərdə Eldar şamının tələf olması müşahidə olunur. Xüsusən də Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının binasının qarşısındakı parkda bu proses özünü qabarıq şəkildə göstərir. Eyni proses ölkənin digər rayonlarında da müşahidə olunur.
Mütəxəssislərin fikrincə, xəstəlik ağacların köklərində müxtəlif qurdların aşkarlanması səbəbilə inkişaf edir. Müəyyən edilib ki, xəstəlik əsasən yaşlı Eldar şamında özünü göstərir. Səbəbləri araşdırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, AMEA Nəbatat Bağının və bir sıra digər idarələrin əməkdaşlarının iştirakı ilə komissiya yaradılıb.
Komissiyanın işinin ilkin nəticələri nədən ibarətdir və gələcəkdə şam ağaclarının tələf olmasının qarşısını almaq üçün hansı addımların atılması barədə oktyabrın 28-də saat 10:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Nəbatat bağının "Nadir və nəsli kəsilməkdə olan bitki növləri" şöbəsinin rəisi Yusif Zeynalov məlumat verəcək.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
https://www.facebook.com/SputnikAze/
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.