BAKI, 27 oktyabr - Sputnik. "Ermənistanla Azərbaycan arasında sülh sazişi lazımdır, amma biz İrəvanı məcbur edə və ya ona diktə edə bilmərik".
Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib.
Putin qeyd edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ideyasını dəstəkləyir.
“Əgər Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımaq lazımdır, biz bunu da dəstəkləyirik”, - deyə Putin əlavə edib.
Qeyd edək ki, “Valday” klubunun builki toplantı oktyabrın 24-dən 27-dək keçirilir və “Hegemonluqdan sonrakı dünya: hamı üçün ədalət və təhlükəsizlik” mövzusuna həsr olunub.