Bakıda XV Avrasiya İqtisadi Forumu öz işinə başlayıb. Onun iştirakçıları Böyük Avrasiyada iqtisadiyyat və maliyyə, səhiyyə, ekologiya, enerji və texnoloji innovasiyalar sahələrində geniş spektrli məsələləri müzakirə edirlər.
Tədbirin əsas mövzusu “Avrasiya yeni geosiyasi və sosial-iqtisadi nizama doğru yolda: yeni insan mərkəzli iqtisadiyyata keçid”dir.
Rusiya Azərbaycanla sərhəddə buraxılış məntəqələrini inkişaf etdirməyə və modernləşdirməyə davam edəcək, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk forumda bildirib.
O, həmçinin bildirib ki, Rusiya Federasiyası Volqa-Xəzər dəniz gəmiçiliyi kanalının yenidən qurulması üzrə işlər aparır.
Baş nazirin müavininin sözlərinə görə, Rusiya İranda nəqliyyat və logistika terminallarının inkişafına, ilk növbədə İranı Azərbaycanla birləşdirən Rəşt-Astara dəmir yolunun çatışmayan 160 kilometrlik hissəsinin tikintisinə investisiya qoymaq niyyətindədir.
Öz növbəsində, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev çıxışında bildirib ki, bizim inkişafımızın bütün mərhələlərində enerji təhlükəsizliyi məsələləri çox böyük rol oynayıb.
Azərbaycan bir çox dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verib.
Azərbaycanın enerji təhlükəsizliyinin təminatında rolu təkcə bu sahəyə aid deyil, ölkəmizin regional miqyasda da mühüm rolu var. İki gün davam edəcək forum öz işini davam etdirir.