PAYTAXT XƏBƏRLƏRİ

"Bakı Metropoliteni" bu ilin sonunadək xəttə iki yeni qatar buraxacaq

Bakıya çatacaq qatarlar sazlama və sınaq işlərindən sonra ilin sonunadək xəttə buraxılacaq.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. "Bakı metropoliteni" üçün gətirilməsi planlaşdırılan son 2 yeni qatar artıq yoldadır. Bu barədə "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib. O bildirib ki, bu yaxınlarda Bakıya çatacaq qatarlar sazlama və sınaq işlərindən sonra ilin sonunadək xəttə buraxılacaq.
İnterval azaldılıb
H.Məmmədov intervalla bağlı məsələyə də aydınlıq gətirib. O bildirib ki, pik saatlarda interval iki dəqiqəyə qədər endirilir, yəni qatarlararası interval 2 dəqiqə təşkil edir:
"28 May" stansiyasında hər iki xəttimiz bir müstəvidə birləşir. Biz interval nəzərdə tutanda "Həzi Aslanov-28 May" intervalına toxunuruq. Amma "28 May"-İçərişəhər" və "28 May"-"Dərnəgül" xəttində interval daha iki dəqiqə də artırılaraq 4 dəqiqə təşkil edir".