BAKI, 27 oktyabr - Sputnik. Azərbaycanla Aİİ arasında əməkdaşlığın faydaları hər iki tərəf üçün aydındır və iqtisadi müstəvidədir. Bunu Sputnik Azərbaycan-a eksklüziv müsahibəsində Avrasiya İqtisadi Komissiyasının İnteqrasiya və Makroiqtisadiyyat üzrə Kollegiya üzvü (nazir), Rusiya Elmlər Akademiyasının akademiki Sergey Qlazyev deyib.
“Azərbaycan iqtisadiyyatı üçün üstünlüklər Bakıya ixrac-idxal əməliyyatlarını, investisiya axınını diversifikasiya etməyə və kifayət qədər geniş ərazilərdə işçi qüvvəsinin, kapitalın, malların və xidmətlərin hərəkətini xeyli sadələşdirməyə imkan verəcək kifayət qədər böyük ərazi və geniş bazarla əməkdaşlığın dərinləşməsidir.Aİİ üçün bunlar yeni inkişaf perspektivləridir”, - deyə Qlazyev qeyd edib.
Onun sözlərinə görə, mövqeləri daha dəqiq nəzərə alsaq, onda Aİİ üçün bunlar, ilk növbədə, Avropa və Asiya bazarlarına çıxış üçün əlavə azad dəhlizlər, həmçinin Şimal-Cənub və Qərb-Şərq istiqamətlərinin gücləndirilməsidir:
"İkincisi, bu, İttifaqın enerji sektorunun genişlənməsidir, çünki Azərbaycan neft-qaz və neft-kimya sektorlarında böyük potensiala malik neft ölkəsidir".
Qlazyev Sputnik Azərbaycan-a müsahibəsində Azərbaycanın Aİİ-yə daxil olması perspektivləri, milli valyutada qarşılıqlı hesablaşmalar və daha çox şeylərdən danışıb. Bu barədə videomuzda baxın.