RUSİYA

Rusiyanın bu hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi uzadıldı

Məhdudiyyətlər cənubdakı Anapa, Voronej, Qelendjik, Krasnodar, Rostov-na-Don, Simferopol, həmçinin Belqorod, Bryansk, Kursk, Lipetsk və Elista hava limanlarına şamil edilib.
Sputnik
BAKI, 26 oktyabr — Sputnik. Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) Rusiyanın mərkəzi və cənubundakı 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimini uzadıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Uçuş məhdudiyyətləri noyabrın 3-dək uzadılıb.
Məhdudiyyətlər cənubdakı Anapa, Voronej, Qelendjik, Krasnodar, Rostov-na-Don, Simferopol, həmçinin Belqorod, Bryansk, Kursk, Lipetsk və Elista hava limanlarına şamil edilib.
Federal Hava Nəqliyyatı Agentliyi bildirib ki, ölkənin qalan hava limanları normal rejimdə işləyir.
Ukraynada keçirilən xüsusi əməliyyat fonunda Rusiya Federasiyası tərəfindən hava məkanının bir hissəsinin bağlanması ilə əlaqədar fevralın 24-dən mülki təyyarələrin bu hava limanlarına uçuşları dayandırılıb. Əvvəlcə məhdudiyyətlər martın 2-dək tətbiq edilsə də, sonradan dəfələrlə uzadılıb. Sonuncu dəfə rejim oktyabrın 4-dək uzadılıb.