NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft yenə ucuzlaşıb

Treyderlərin əsas diqqəti neftə olan tələbə mənfi təsir göstərə biləcək qlobal tənəzzül risklərinə yönəlib.
Sputnik
BAKI, 26 oktyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 0,87 dollar azalaraq 92,65 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,62 dollar ucuzlaşaraq 84,7 dollar olub.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,26 dollar artaraq 95,06 dollar təşkil edib.
ABŞ-da xam neft ehtiyatlarının artması və zəif tələb narahatlıqları nefti ucuzlaşdırıb. Treyderlərin əsas diqqəti neftə olan tələbə mənfi təsir göstərə biləcək qlobal tənəzzül risklərinə yönəlib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.