BAKI, 26 oktyabr — Sputnik. Azərbaycanla danışıqlar masasında hələ heç bir sülh sənədi yoxdur. Bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
"Heç bir sənəd yoxdur. Yüzlərlə təklif və rəy var. Danışıqlar masasında heç bir sənəd yoxdur", - Simonyan bildirib.
Müqavilənin ilin sonuna qədər imzalanmasını real hesab edirmi sualına Simonyan cavab verdi ki, bu, müqavilə deyil, təqribi vaxtdır.
"Mən də istəyirəm ki, tezliklə sülh müqaviləsi imzalansın", - deyə spiker bildirib.
Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etmişdi ki, Ermənistan və Azərbaycan bu ilin sonuna qədər sülh müqaviləsi imzalamaq niyyətindədirlər.