BAKI, 26 oktyabr — Sputnik. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Ukraynaya səfəri zamanı Vladimir Zelenskini sülhün mümkün qədər tez bərqarar olmasının vacibliyinə inandırmalıdır. Kiyevə səfər etdikdən sonra Almaniyanın rəhbəri Moskvaya uçaraq Rusiya lideri Vladimir Putinlə orada danışıqlar aparmalıdır. Bunu Almaniya üçün Alternativ sağçı müxalifət partiyasının həmsədri Tino Krupalla deyib.
"Ştaynmayer Kiyevdəki dağıntıları görmək və Ukrayna ilə həmrəyliyin göstərmək istəyir. Lakin bu məqsəd birtərəflidir. Dövlətimizin başçısı öz nüfuzundan və təcrübəsindən istifadə edərək həmkarına tez bir zamanda sülhün bərqərar olmasının zəruriliyini izah etməlidir. Bunun üçün Zelenski nəhayət Rusiya ilə danışıqlara hazır olduğunu nümayiş etdirməlidir", - deyə Krupalla bildirib.
O əlavə edib ki, Almaniya rəhbərinin Rusiya tərəfi ilə də görüşünə ehtiyac var.
"Prezident Ştaynmayer Ukrayna prezidenti ilə danışmaqla yanaşı, Moskvaya uçmalı və orada Prezident Putinlə danışıqlar aparmalıdır", - deyə Almaniya üçün Alternativ partiyasının həmsədri vurğulayıb.
Onun fikrincə, yalnız sülh danışıqları uğurla başa çatdıqdan sonra Ukraynanın bərpasından danışmaq mümkün olacaq.
Bu yaxınlarda Almaniya üçün Alternativin lideri bildirib ki, Almaniya kansleri Olaf Şolts münaqişənin qızğın vaxtında Ukraynanı bərpa etmək istəyi ilə yanlış prioritetlər müəyyənləşdirir. Bu baxımdan Krupalla kansleri sülh danışıqlarını dəstəkləməyə, alman vergi ödəyicilərinin pullarını yenidən hücuma məruz qala biləcək obyektlərin bərpasına xərcləməməyə çağırıb.
Ştaynmayer apreldə bir sıra Şərqi Avropa ölkələrinin liderləri ilə birlikdə Ukraynaya səfər etməyi planlaşdırırıb, lakin Ukrayna hakimiyyəti onun səfərini arzuolunmaz adlandırıb. Kiyevdə onlar imtinanı Rusiyadan neft tədarükünə embarqo, habelə Ukraynaya hərbi və iqtisadi yardımın göstərilməsi, xüsusən də ağır silahların verilməsi ilə bağlı Berlindən konkret qərarlar gözləmələri ilə izah ediblər.
Səfərin ləğvi iki ölkə arasında münasibətlərdə gərginləşməsinə səbəb olmuşdu. Şolts və Zelenski arasında telefon danışığı zamanı fikir ayrılıqları aradan qaldırılıb, bundan sonra bir sıra alman siyasətçilər Kiyevə səfər ediblər.
Ötən gün Ştaynmayer Ukraynaya qəfil səfərə gəlib. Həmin gün o, Vladimir Zelenski ilə görüşüb. Bu, Almaniya prezidentinin Rusiyanın xüsusi hərbi əməliyyatının başlanğıcından bəri Ukraynaya ilk səfəridir.